Livanın “Hizbullah” qruplaşmasının hərbi hissələrindən birinin yüksək rütbəli üzvü Vissam əl-Tavilin öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə ərəb mətbuatı məlumat yayıb. Vissam əl-Tavilin İsrailin Livanın cənubunda keçirdiyi reydi zamanı öldürüldüyü bildirilir. Ölən şəxsin ər-Ridvan dəstəsinin rəhbərliyinin tərkibində olduğu iddia edilir.
Keçən həftəsonu mediada İsrail Hərbi Hava Qüvvələrinin Livanın Tir və Səidə şəhərlərinin kənarında reydləri barədə məlumat yayılıb.