AZ

İrandan gələn narkotiki qarşılayıb Bakıda paylayan şəxs tutuldu – Video


Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Neftçala rayonunda keçirilən növbəti tədbir zamanı balıqçılıq fəaliyyəti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş rayon sakini 1979-cu il təvəllüdlü Rəşad Nağıyev saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin şəxsin üzərindən və yaşadığı evdən ümumilikdə 29 kiloqram, o cümlədən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 28 kiloqramdan artıq qurudulmuş marixuana və 1 kiloqram tiryək aşkar edilib.
R.Nağıyev ölkəyə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Xəzər dənizinin Neftçala rayonu hissəsində qarşılayaraq Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb, o, bunu pul qazanmaq məqsədi ilə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Seçilən
318
39
yeniavaz.com

10Mənbələr