AZ

İsrail səfirliyi Azərbaycana başsağlığı VERDİ

İsrailin Azərbaycandakı səfirliyi Azərbaycana başsağlığı verib.

R TV xəbər verir ki, bu barədə səfir "X"də yazıb.

"Respublika Perinatal Mərkəzində 4 dəyərli körpənin həyatına son qoyan dəhşətli yanğın xəbəri bizi çox kədərləndirdi. Bu ağır gündə düşüncələrimiz Azərbaycan xalqının yanındadır və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!",-bildirilib.

Qeyd edək ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib.

Aslan Nadiroğlu



Seçilən
379
34
news24.az

10Mənbələr