AZ

Azərbaycan ağırlıqqaldırma yığmaları Türkiyədə təlim-məşq toplanışına başlayıblar

Ağırlıqqaldırma üzrə kişilər və qadınlardan ibarət Azərbaycan yığmaları Türkiyədə təlim-məşq toplanışına başlayıblar.

“Report” xəbər verir ki, məqsəd fevralın 12-20-si aralığında Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına, həmçinin digər beynəlxalq yarışlara daha yaxşı hazırlaşmaq, idmançıların hazırlıq səviyyəsini yüksəltməkdir.

Toplanış Türkiyənin müvafiq komandaları ilə birlikdə təşkil olunub.

Kişilərdən ibarət yığma Maxtı Makkayevin rəhbərliyi altında Çorumda, qadınlardan ibarət milli isə Sərdar Həsənovun başçılığı ilə Ankarada hazırlaşırlar.

Qeyd edək ki, toplanış yanvarın 25-nə qədər davam edəcək.

Seçilən
342
5
report.az

6Mənbələr