AZ

Bakıda saxlanılan Fransa casusununn atası MÜRACİƏT YAYDI - VİDEO

Fransa mətbuatının Parismatch.comLefigaro.frEurope1.frFrancetvinfo.frTf1info.fr və digər çoxsaylı KİV səhifələri Azərbaycanda casusluğa görə həbs olunmuş Martin Ryanın atası Riçard Ryanın Fransanın AFP (Agence France Presse) agentliyinə müsahibəsini yayımlayıb.

O, oğlunun 2023-cü il dekabr ayının 4-də həbs olunduğunu bildirib.

“Oğlum mənə dedi ki, məndən “peşka” (piyada) kimi istifadə etmək istəyirdilər” qeyd edən Riçard Ryan oğlunun Fransa kəşiyyatı tərəfindən casusluğa cəlb edildiyini bildirib. O, oğlunun “Azərbaycandan qovulan iki diplomata eyham vuraraq, onların başqalarından fərqli olaraq öz canlarını qurtarmaq üçün aradan çıxmalarını” ifadə edib.

Eyni zamanda 9 yanvar 2024-cü ildə Fransanın “Magazine Nexus” yutub kanalında canlı intervyu verən erməni əsilli jurnalist Leo Nicolian da Fransa Kəşfiyyatını sərt tənqid edərək mülki şəxs olan Fransa sahibkarını həqiqətən istifadə edib, “şantaj” altında casusluğa məcbur edib Azərbaycanda həbsinə bais olduğunu bildirmiş, baş verənlərdə E.Makronu təqsirləndirmiş, onu şəxsi maraqlarla davranaraq mənasız birtərəfli mövqe qoyub səhv siyasət yürütməklə vəziyyəti daha da gərginləşdirməkdə, siyasi səriştəsizlikdə ittiham edib.

Canlı yayımlanan müsahibədə Martin Ryanın Fransa kəşfiyyatının sövq etdiyi məxfi görüşlərinə dair texniki sübut və dəlillərlə Azərbaycan təhlükəsizlik orqanı tərəfindən həbs edilərək fakt qarşısında qoyulduğu qeyd edilir.

Qeyd edək ki, Martin Ryanın həbsi barədə daha əvvəl Azərbaycan tərəfi rəsmi məlumat açıqlamamış, Fransa sosial şəbəkələrindən mətbuata məlumat yayıldıqdan sonra Azərbaycanın Fransadakı Səfirliyi faktı təsdiq etmiş, bu barədə diplomatik kanalla Fransa tərəfinə vaxtında məlumat verildiyi bildirilmişdir.

Bundan sonra, Franda rəsmiləri məsələdən xəbərdar olduqlarını Fransa ictimaiyyətinə etiraf etməli olub, 09.01.2024-cü ildə Fransa XİN məsələ ilə bağlı mövqe bildirib.

 

Seçilən
158
12
herbiand.az

10Mənbələr