AZ

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

“Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvarın 10-da ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur”. 

Yenisabah.az xəbər verir ki, bunu Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib. 

O qeyd edib ki, yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. 

Qurum rəsmisi əlavə edib ki, müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 12-dək fasilələrlə davam edəcək . 


Telegram kanalımız
Seçilən
410
49
yenisabah.az

10Mənbələr