AZ

TRAGİKOMİK HADİSƏ: Bu qəsəbədə ölünü yumaq üçün su tapılmadı – FOTOFAKT

Füzuli rayonunun 6 nömrəli Qayıdış qəsəbəsinin sakinləri su sarıdan əziyyət çəkirlər. 

Problemlə bağlı Bizim.Media-ya şikayətlənən qəsəbə sakinlərinin sözlərinə görə 3 ildir ki, içməli suya həsrət qalıblar.

Su ehtiyaclarını isə Beyləqandan sifariş etdikləri su maşınlarının hesabına təmin edirlər. Bir ayda suya 100 manata qədər pul xərcləyən sakinlər deyir ki, Bakıdan onlara qonaq gələnlərə hədiyyə olaraq əllərində bir qab su gətirmələrini xahiş edirlər.    

Şikayətçilərin bildirdiyinə görə əvvəllər qəsəbədə artezian quyusu olub. Lakin zaman keçdikcə quyu istismar dövrünü ya başa vurub, ya da  quruyub. Yəni suyun yoxa çıxma səbəbini özləri də tam anlaya bilmirlər. Hazırda qəsəbədə yaşayan əhali bir damcı siya həsrət qalıb. 

Bu günlərdə su çatışmazlığı ilə bağlı qəsəbədə tragikomik olay da yaşanıb. Qəsəbədə dünyasını dəyişən şəxsin cəsədini yumaq üçün su tapılmayıb. Ölən şəxsin yaxınları qonşu rayondan maşınla su sifariş edəndən sonra problem yoluna qoyulub. Bakıdan və digər bölgələrdən yas məclisinə qatılan şəxslər bu hadisəyə təəccüblərini gizlətməyiblər. 

Sakinlərin yeganə istəyi susuzluqdan əziyyət çəkən qəsəbəyə suyun verilməsidir. 

Məsələ ilə bağlı “Azərsu” ASCdən bildirilib ki, problem regional şöbəyə yönləndirilib. Məsələ ilə bağlı açıqlama veriləcək.

2020-ci ilin yanvar ayına olan məlumata görə 6 saylı Qayıdış qəsəbəsinin ümumi əhalisi 810 nəfərdir. Qəsəbədə 6 şəhid ailəsi, 1 Qarabağ müharibəsi əlili yaşayır. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub. 

Seçilən
591
36
olke.az

10Mənbələr