AZ

“Çin ABŞ-yə meydan oxumaq niyyətində deyil”

Çinin Vaşinqtondakı səfiri Xie Fei bildirib ki, ölkəsi ABŞ-yə meydan oxumaq və hegemon olmaq niyyətində deyil.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Planladığımız son şey ABŞ-yə meydan oxumaq və ya onu yerindən etməkdir”, - o vurğulayıb.

Xie Fei bildirib ki, Pekin Vaşinqtonun tərəfdaşı və dostu olmaq istəyir. O , Çinin müdafiə etmək niyyətində olduğu maraqları və prinsipləri olduğunu qeyd edib. Səfirin sözlərinə görə, Çin sülh və sabitlik üçün çalışacaq, lakin Tayvanı tərk etməyəcək.

Seçilən
374
3
redaktor.az

10Mənbələr