Tərtər, 11 yanvar, AZƏRTAC
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın tapılması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 3 tüfəng, 3 qumbara və patronlar aşkar olunaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.