AZ

Bu partiya bələdiyyə seçkilərinə qatılmayacağını AÇIQLADI

Türkiyədə 31 martda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək partiyalar bəlli olmağa davam edir.

“Cebhe.info” xəbər verir ki, Yenilik Partiyası seçkilərə qatılmayacağını açıqlayıb.

Ötən il keçirilən parlament seçkilərində sonuncu olan partiya bələdiyyə seçkilərində iştirak etməyəcəyini elan edib.

Bu qərarı partiyanın sədri Öztürk Yılmaz açıqlayıb. Beləliklə, bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 36-dan 35-ə düşüb.

Xatırladaq ki, Yenilik Partiyası parlament seçkilərində 11 min 824 səs olub. Sözügedən partiya 0,02 faizlə axırıncı olmuşdu.

Seçilən
267
18
cebheinfo.az

10Mənbələr