AZ

"Ermənistan tərəfi bu kəndləri əlində saxlamağa və onun müqabilində Azərbaycandan nəsə qoparmağa çalışır"

“O ki qaldı işğal altında olan kəndlərə - bizim təklifimiz də hesab edirəm ki, çox məntiqlidir – orada, bildiyiniz kimi, anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav deyil, 4 kənd – onlar Azərbaycana şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklavdır – Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir – bununla bağlı ayrıca ekspert qrupu yaradılmalıdır və bu, müzakirə edilməlidir”. Bu barədə Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib. Prezident vurğulayıb ki, bütün anklavlar qaytarılmalıdır, bu anklavlara gedən yollara şərait yaradılmalıdır və bu anklavlara oranın sakinləri yerləşdirilməlidir. “Yəni bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi nədən ibarətdir, biz bunu başa düşə bilmirik”, - deyə dövlət başçısı bildirib. Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildiri ki, Prezident İlham Əliyev mətbuata, televiziyaya verdiyi müsahibədə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi və onun müəyyən detalları barədə geniş açıqlamalar verib. Burada tərəflər arasında sülhün irəliləyişi və Ermənistanın Azərbaycanın 4-ü anklav olmayan 7 kəndinin qaytarılması ilə bağlı qarşı tərəfə mesaj verir. Xüsusilə, 4 kənd anklav deyil və onların şərtsiz geri qaytarılması həyata keçirilməlidir. Məhəmməd Əsədullazadə “Ermənistan da 4 kəndin anklav olduğunu vurğulayıb. Anklav olan kəndlər mübadilə oluna bilər. Kərki və 4 kənd mütləq şəkildə Azərbaycana qaytarılmalıdır”-deyə politoloq qeyd edib. Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistan tərəfi bu kəndləri əlində saxlamağa və onun müqabilində Azərbaycandan nəsə qoparmağa çalışır. Amma Azərbaycan prezidenti həmin kəndlərin danışıq predmeti olmayacağı ilə bağlı mesajlarını verib. Bu səbəbdən də anklav olmayan kəndlər mütləq şəkildə Azərbaycana qaytarılmalıdır. Amma digər anklavlarla bağlı komissiya yaradılıb. Məhəmməd Əsədullazadə hesab edir ki, bu il ərzində bu anklav məsələləri də öz həllini tapacaq. Çünki sülh müqaviləsinin həll edilməsi üçün bu anklav məsələləri həll edilməlidir. İradə Cəlil, Bizimyol.info

Seçilən
231
9
bizimyol.info

10Mənbələr