AZ

Ermənistanda silahlar işə düşdü

Bu gün, yanvarın 14-də Qırxbulaq (Kotayk) rayonunda atışma baş verib.

Musavat.com bu barədə erməni mediasına istinadən məlumat verir.

Qeyd olunur ki, saat 00:30 radələrində Qırxbulaq rayon polis şöbəsi və Nairi polis şöbəsinə Kasax kəndində atışma baş verməsi barədə əməliyyat məlumatı daxil olub. Məlum olub ki, onlar Charents küçəsindəki 2 saylı ev istiqamətində atəş açıblar. Hadisə yerində avtomatdan atılmış 20-yə yaxın işlənmiş patron və 8 güllə, metal darvazada 16 güllə izi aşkar ediblər. Evin divarlarında da güllə izləri tapılıb.

Mənbənin məlumatına görə, atəşə tutulan ev bir müddət əvvəl İdarə Heyətinin qərarı ilə Mülki Müqavilə partiyasından çıxarılan Tatul Asilyana məxsusdur. Sonuncu atışma zamanı ailəsi ilə birlikdə evdə olub, lakin onlar xəsarət almayıblar.


Telegram kanalımız
Seçilən
330
3
yenisabah.az

10Mənbələr