Yanvarın 1-də Uolter Rid Milli Tibb Mərkəzinə (Meriland) yerləşdirilən ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan evə buraxılıb.
Trend xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
"Nazir hələ də müalicə alır və həkimlərinin göstərişi ilə Pentaqona qayıdana qədər öz vəzifələrini bir müddət uzaqdan yerinə yetirəcək", - bəyanatda bildirilir.
Qeyd edək ki, ABŞ-ın müdafiə naziri prostat xərçəngi diaqnozundan müalicə alır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta