Bu gün Avropa İttifaqının Ermənistandakı missiyası sərhədyanı ərazilərə 1500 patrul göndərir.
“İki sahil” xəbər verir ki, bu barədə missiyanın "X" hesabında paylaşım edilib.
Bildirilib ki, missiyaya yerlərdəki vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq tapşırılıb.
"Avropa İttifaqının Ermənistandakı missiyası Qafan, Gorus, Cermuk, Yeğeqnadzor, Martuni və İcevandakı 6 əməliyyat bazasında patrul xidməti həyata keçirir",- qurumdan bildirilib.