Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Moskvadakı səfiri Vağarşak Harutyunyanla görüşüb. Manset.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsini müzakirə ediblər.Qaluzin nizamlanma üzrə üçtərəfli işin tez bir zamanda bərpa olunmasının vacibliyini vurğulayıb.Bildirilir ki, görüş Ermənistan səfirinin xahişi ilə baş tutub.