AZ

Lotereyadan 88 milyon avro qazandı

Fransa vətəndaşı 2024-cü ildə "EuroMillions" lotereyasında ilk cekpotu udub, uduş məbləği 88 milyon avroya yaxın olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə lotereyanın mətbuat xidməti məlumat yayıb.

"Dünən gecə "EuroMillions" cekpotu 2024-cü ildə ilk dəfə qazanılıb. Mükafat bütün qalib nömrələri uyğun gələn və 87,9 milyon avro qazanan Fransadan olan oyunçuya qismət olub" - məlumatda bildirilir.

Bununla Fransa vətəndaşı 125-ci dəfə Avropa lotereyasında cekpot qazanıb. Bu baxımdan lider 126 qaliblə Böyük Britaniyadır.

Lotoreyada növbəti tiraj yanvarın 19-na, super tiraj isə bir həftə sonra, yanvarın 26-na planlaşdırılır. Orada 130 milyon avroluq cekpot təqdim edəcək.

Xatırladaq ki, "EuroMillions" lotereyasında ən böyük cekpotu 2020-ci il oktyabrın 15-də Fransa Polineziyasının sakini udub, uğurlu bilet ona 220 milyon avro qazandırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

phrase_var_article.chosen
347
2
milli.az

10phrase_var_article.sources