AZ

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib - FOTO

Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Aznews.az xəbər verir ki, iclasda Daxili İşlər nazirinin müavini general-leytenant İsmət Əliyev və Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin rəisi polis polkovniki Elçin Məmmədov iştirak edib. İclasın gündəliyi təsdiq edildikdən sonra Daxili İşlər nazirinin müavini general-leytenant İsmət Əliyev çıxış edib.

Nazir müavini 2023-cü ilin ikinci yarısında Daxili İşlər Nazirliyinin gördüyü işlərlə bağlı məlumat verib.

İctimai Şura ilə qarşılıqlı etimad və əməkdaşlıq formasında fəaliyyət göstərildiyini qeyd edən nazir müavini Şuranın qaldırdığı məsələlərin nazirlik tərəfindən diqqətlə araşdırıldığını və qanunauyğun tədbirlər görüldüyünü bildirib.

Nazir müavini İctimai Şura ilə əməkdaşlığın bundan sonra da davam edəcəyini qeyd edib.

Sonra nazir müavini tərəfindən İctimai Şura üzvlərinə vəsiqələr təqdim edilib.

Daha sonra İctimai Şuranın iclası qəbul edilmiş gündəlik əsasında davam etdirilib.

Seçilən
196
9
aznews.az

10Mənbələr