AZ

Bakıda evdən 23 min manat pul oğurlanıb

Bir nəfər şübhəli şəxs qismində saxlanılıb
Bakıda mənzildən 23 min manat pul oğurlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, yanvarın 12-də Nəsimi rayonu ərazisində mənzillərin birindən 23 min manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Seçilən
135
50
ayna.az

10Mənbələr