Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Şəhidlər xiyabanını ziyarət edib, 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib.
525.az xəbər verir ki, bu barədə səfir feysbuk səhifəsində paylaşım edib.
“1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olub. Lakin sovet rejiminin qəddarlığı və məkrliliyi Azərbaycan xalqının azadlıq və müstəqillik arzu və iradəsini məhv edə bilmədi. Vaxtilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev demişdi: “1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir”. Bu gün azərbaycanlılar hüznlə, eyni zamanda qürur hissi ilə azadlıq və müstəqillik naminə inkişaf yolunu müstəqil seçmək hüququ uğrunda ən qiymətli bədəli - canlarını qurban vermiş qəhrəmanlarının xatirəsini ehtiramla yad edirlər”, - V.Kanevski vurğulayıb.
Bizi İnstagramda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta