“Neftçi” və İspaniyadan “Atletiko” ilə “Betis” Rumıniya millisinin qapıçısı Horatiu Moldovanla maraqlanırlar.
Sportinfo.az xəbər verir ki, bu barədə “atleticosport.es” saytı məlumat yayıb.
Bildirilib ki, ölkəsində Buxarest “Rapid”inin formasını geyinən 26 yaşlı futbolçunun müqaviləsində sərbəst qalma bəndi var.
“Rapid”lə 2025-ci ilin yayına qədər sözləşməsi olan Moldovanı almaq istəyən klub 800 min avro ödəməlidir. Bu mübarizədə “Atletiko” favorit hesab edilir.
2022-ci ildən Rumıniya millisinə çağırılan Horatiu Moldovan hazırda əsas qapıçı sayılır.