“Ödənişli yolda nəzarət yoxdur, kim istəyir yuxarı sürətlə sürsün”
“Respublikanın magistral yollarında maksimal sürət həddi 110-dur. Biz sürücülərə xəbərdarlıq məqsədilə məlumat vermişik. Orada heç bir radar və nəzarət yoxdur”.Metbuat.az xəbər verir ki, bu sözləri AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov Baku.TV-yə ödənişli yola yeni qoyulan sürət həddi ilə bağlı açıqlamasında deyib:“Sürət həddini 110-dan yuxarı kim istəyirsə, sürə bilər”.