AZ

Rusiyanın Suveyş kanalına alternativ ticarət yolu təklifi... – NƏ QƏDƏR REALDIR?

“Qırmızı dənizdə yaranmış vəziyyət dünya dəniz ticarət yollarını “Cırtdanın nağılı”ndakına oxşar bir vəziyyətə gətirib: bir tərəfdə işıq gəlir, bir tərəfdə it hürür. Nağıldan da bəllidir ki, it hürən tərəf ən qısa yoldur”.“AzPolitika.info” xəbər verir ki, bu barədə neft-qaz, energetika sahəsi üzrə mütəxəssis Avtandil Məmmədovun Qırımızı dənizdə yaranmış böhran, alternativ marşrut imkanları ilə bağlı hazırladığı məqalədə bildirilir. Müəllif bildirir ki, dünya ticarətinin təqdirbən 13%-ni təşkil edən, Hind okeanı-Qırmızı dəniz-Süveyş kanalı-Aralıq dənizi-Atlantik okeanı marşrutu ən qısa yoldur. Hal hazırda bu marşrut demək olar ki, bağlıdır: “Yaranmış vəziyyət dünya iqtisadiyyatına çox ağır bir zərbədir. Bu vəziyyət iki ölkəyə ciddi xeyir edir: Biri İran, o biri Rusiya. İrana ona görə ki, Qırmızı dənizə girə bilməyən gəmilərin bir hissəsi yükünü İranın Bəndər-Abbas limanında boşaldıb, oradan da avtomobil yolu ilə Türkiyə üzərindən Avropaya göndərilməsi variantını seçir. Bu yüklərin çox az bir hissəsidir. Qırmızı dənizə girə bilməyən gəmilərin 70-80%-i Afrika qitəsi ətrafındakı, Ümid burnundan keçən dəniz yolunu seçir. Yaranmış vəziyyət Rusiya üçün “doşab alırdım, bal çıxdı” kimidir. Bunun iki mühüm səbəbi var:


1. Rusiyadan nəqllə alınan ucuz qazdan bahalı mayeləşmiş qaza keçən Avropa ölkələrinin sənayesi ciddi çətinliklər qarşısında qalır. Bir də artan nəqliyyat xərcləri, Çin sənayesindən xammal və hissələr eksport edən Avropa sənayesinə ciddi maliyə yüküdür. 
2. Rusiya son on ildir ki, Uzaq Şərq ölkələri ilə Avropanı birləşdirəcək və Süveyş kanalına alternativ bir marşrutu təbliğ edir. “Təklif” yox, “təbliğ” yazıram ona görə ki, hələ bu real alternativ deyil. Bu hələ ki, sözdə alternativin adı - «Северный морской путь», yəni “Şimal dəniz yolu”dur. Uzaq Şərqi Avropa ilə birləşdirən dəniz yollarını və Rusiyanın təklif etdiyi alternativi müqayisə edək: Şanxay – Süveyş kanalı – Rotterdam: 20.620км, 45 gün; Şanxay – Ümid burnu – Rotterdam: 30.270км, 65 gün; Şanxay – Şimal dəniz yolu – Rotterdam: 15.285км, 35 gün.Göründüyü kimi, Şimal dəniz yolu üzərindən məsafə, ən çox istifadə edilən Süveyş kanalı marşrutundan qısadır. Amma hələ ki, Şimal dəniz yolu Süveyş kanalına alternativ ola bilməz. Səbəbi: 1. Süveyş kanalı marşrutundan gündə təqribən 50 gəmi keçir. Hətta, 09.08.2013-cü ildə bir gündə kanaldan 68 gəmi (4,8 milyon ton yük) keçmiş və bu bir rekord olmuşdu;2. Şimal dəniz yolunda atom buzqıran gəmilərin müşayiətində Süveyş kanalının intensivliyin heç 10%-ni belə təmin etmək mümkün deyil;3. Hal-hazırda Şimal dəniz yolunda işləyən atom buzqıran gəmilərin təqribən 4-5 km/saat sürətlə müşayiət edə biləcəyi dəniz yolunda buzların qalınlığı 2-2,5 metrdən çoxdur. Bu yolda suyun dəyişən dərinliyi oradan 20.000 tondan çox yük götürə bilən (Süveyş kanalından ən çox keçən gəmilər) gəmilərin keçməsinə imkan vermir. Suyun dərinliyinin 20.000 tondan çox yük götürə bilən gəmilərin keçməsinə yararlı olan yerlər, Şimal dəniz yolunun sahildən uzad, buzların isə 2-4metr qalınlıqda olan yerlərdir. Amma bu Şimal dəniz yolunun bugünkü sönük vəziyyəti, 2030-cu illərdə həqiqətən Süveyş kanalına alternativ ola bilər. Belə ki, mənim fikrimcə, Rusiyanın ən inkişaf etdiyi sahə - atom sənayesidir. “Rosatom”un, texnologiyaları ilə elektrik enerjisi istehsalı atom reaktorları sahəsində dünyada birinci, gəmi reaktorları sahəsində dünyada üçüncü olduğunu deyə bilərəm. “Rosatom”un perspektivli 10510 saylı layihə üzrə quraşdırılma ərəfəsində olan atom buzqaran gəmilərinin ilk nüsxəsi 2027-ci ildə uğurlu şəkildə istismara verilərsə, sonrakı illərdə bu layihə üzrə quraşdırılan atom buzqaran gəmilərinin müşayiətində 15.000-20.000 tonluq gəmiləri buzun qalınlığı 4-4,5metr olan su yolu ilə keçirməyə imkan verəcək. Buzun qalınlığı 2-2,5metr olan yerdə isə perspektivli atom buzqaran gəmi sabit 30km/saat sürətlə hərəkət edə bilir, bu sürət isə okean gəmilərinin stabil sürəti deməkdir. Perspektivli 10510 saylı layihə üzrə layihələndirilən atom buzqıran gəmisi 2 ədəd RİTM-400 reaktoru (hər birinin gücü 315 MVt), dörd propulsiv vintli və hər birinin valında 120MVt güc ilə bundan əvvəlki atom buzqıran gəmilərindən 2 dəfə daha güclü enerji mənbəyinə malik olacaq. SSRİ-nin və dünyanın ən möhtəşəm elm ocaqlarında biri olan İ.Afrikantov adına konstruktor bürosunun (ОКБМ имени И. И. Африкантова) layihələndirdiyi RİTM-400 reaktoru gəmi nüvə reaktorları sahəsində Rusiya üçün yeni bir səhifədir. RİTM-400 reaktoru gücündə (315MVt) gəmi nüvə reaktorları indiyə qədər nə SSRİ-də, nə də Rusiyada layihəndirilməyib. Belə güclü gəmi reaktoru layihələndirmək reaktorun həndəsi ölçülərini böyütmək demək deyil. Burada təməl məsələ belə reaktorda istifadə edilən U235 “yanacağının” zəngilnləşmə dərəcəsinin hərbi zənginləşməyə yaxın səviyyəyə qaldırmaq və müvafiq qoruma sistemləri layihələndirmək deməkdir. Qeyd etməliyəm ki, ABŞ-da layihələndirilən və Ford aviasiya daşıyıcı gəmidə tətbiq olunan A4W reaktorun texniki spesifikasiyası məxfi olsa da, bəzi texniki ədəbiyyatda bu reaktorların gücünün 550 MVt olduğu göstərilir. Yəni RİTM-400 reaktorundan 1,7 dəfə daha güclü”. A.Məmmədov fikirlərini ümumiləşdirərək yazır ki, Rusiya logistika aləmində özünün “jokeri” olan Şimal dəniz yolu layihəsinə Çin kimi nəhəng iqtisadiyyatın diqqətini və bəlkə də investisiyalarını cəlb edəcək bir nüansı tutub. Müəllifin fikrincə, Rusiyanın ən inkişaf etmiş sahəsi olan atom sənayesini Avropa İttifaqı sanksiyalarından qorumaq üçün, Rusiya qeyri-stabil ticarət yoluna alternativ olacaq Şimal dəniz yolunu bir arqument kimi istifadə edə bilər. “Avropadakı Rusiyaya yumşaq meylli siyasətçilər üçün də Şimal dəniz yolu təbliğatının Moskvanın yeni bir arqumentinə çevriləcəyinə şübhəm yoxdur. Bir sözlə, düşmənin mövqeyini gücləndirəcək müttəfiqdən qorxunc düşmən yoxdur. Hazırda İsaril ABŞ üçün belə bir “müttəfiqdir”.Rasim Əliyev“AzPolitika.info”

Seçilən
278
azpolitika.info

1Mənbələr