QHT koalisiyası prezident seçkilərinə hazırlıqla bağlı diplomatları məlumatlandırıb.
"Report" secki-2024.az saytına istinadən xəbər veri ki, bu barədə koalisiyanın həmsədri, “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin rəhbəri Qorxmaz İbrahimli məlumat verib.
Onun sözlərinə görə, QHT-lərin seçki müşahidəçiliyinin təşkili üzrə formalaşdırdığı “Sivil Toplum” Monitorinq Koalisiyasının təmsilçiləri ABŞ-nin Azərbaycandakı səfirliyində olublar: "Burada ABŞ, Avropa İttifaqı, Almaniya və Fransanın Azərbaycandakı səfirliklərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə koalisiya həmsədrlərindən olan “Cəmiyyətin İnкişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Əhməd Abbasbəyli, ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Brett Dvorak, Avropa İttifaqının səfirliyinin məsul şəxsi Annaliza Giansanti, Almaniya səfirliyinin birinci katibi Marsel Vietor, Fransa səfirliyinin siyasi məsələlər üzrə məsul şəxsi Eva Sey iştirak ediblər".
Görüş iştirakçıları “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında, eyni zamanda fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində QHT müşahidəçiliyi barədə məlumat veriblər. Ə.Abbasbəyli seçki mühiti, seçki prosesinin müşahidəsi barədə fikirlərini bölüşüb. Həmsədrlər seçki ərəfəsində və seçki dövründə söz, mətbuat azadlığı, sərbəst toplaşmaq və s. bu kimi fundamental azadlıqların təmin olunması vəziyyəti barədə fikir mübadiləsi aparıblar.