AZ

Türyançay Dövlət Təbiət Qoruğunda qartal ovlayırlar – ŞOK FOTOLAR

Təəssüf ki, ölkəmizdə vəhşi təbiət qətliamı davam etməkdədir. Qanunsuz ovçuluq ölkəmizdə vəhşi quşların üzləşdiyi bir nömrəli problemdir. Hətta Xüsusi Mühafizə Olunan Ərazilərdə belə ov hallarını müşahidə etmək olur.

Xatırlayırsınızsa keçən günlərdə Qızılağac Milli Parkının ərazisində qarşılaşdığımız ovçular barədə paylaşmışdıq. Bu dəfə bizə məlumat daxil olub ki, qanunla vətəndaşların girişinin qadağan olduğu bir ərazidə – Türyançay Dövlət Təbiət Qoruğunda işçilər rəsmən bazar qurublar!

Belə ki, qoruğa daxil olmaq üçün meşəbəyiyə pul verən ovçular kefləri nə istəyir vururlar. Yerli işçilər də onlara bələdçilik edir.

Mənbə: Dia.az

Seçilən
210
18
editor.az

10Mənbələr