AZ

Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

Bakı. Trend:

“Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyətpaytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqedilib.

Tren xəbər verir ki, bununla bağlı müvafiq sərəncamı Baş nazirƏli Əsədov imzalayıb.

Sənədə əsasən, bu sərəncamla təsdiq edilən Tədbirlər Planındanəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndiriciorqan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müəyyənedilib.

Bu sərəncamla təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuştədbirlər Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsindəaidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər vəqanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabınamaliyyələşdiriləcək.

Bu sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası NazirlərKabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin noyabrın 21-dəŞuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyətpaytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncamimzalayıb. Sərəncamla Nazirlər Kabinetinə Şuşa şəhərinin 2024-cü ilüçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlıtədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasınınmədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı TədbirlərPlanı

Sıra №-si

Tədbirin adı

İcra müddəti

İcraçı orqanlar

1

2

3

4

1.

“Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmiaçılışı

2024-cü il

may

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi,

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusinümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

2.

İslam Dünyasının Mədəniyyət Forumunun təşkil edilməsi və buçərçivədə:

- Şuşada İslam Əməkdaşlığı Təşkilatının mədəni irsinmühafizəsinə həsr olunmuş beynəlxalq konfransının keçirilməsi;

- “İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irsnümunələri” mövzusunda dəyirmi masa və sərginin keçirilməsi;

- “İslam Əməkdaşlığı Təşkilatı Ölkələrinin İqtisadiyyatı”kitabının təqdimat mərasiminin təşkili;

- “Şuşa - İslam Dünyasının Mədəniyyət paytaxtı 2024” poçtmarkasının və müvafiq internet resurslarının təqdimatı;

- Şuşanın və İslam ölkələrinin mədəni irsini əyani nümayişetdirmək məqsədilə lentə alınmış, o cümlədən Azərbaycanın işğaldanazad olunmuş ərazilərinin kosmosdan çəkilmiş təsvirlərindən ibarətsərgilərin təşkili

2024-cü il

ərzində

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Şuşa Şəhəri DövlətQoruğu İdarəsi, İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi

3.

İslam ölkələrində “Şuşa günləri”nin keçirilməsi və tədbirdəfolklor incəsənət qruplarının, Qarabağ xalçalarının, foto və rəsməsərlərinin, videoçarxların nümayişi, kitab təqdimatlarınınkeçirilməsi

2024-cü il

ərzində

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Şuşa Şəhəri DövlətQoruğu İdarəsi

4.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO)Baş qərargahında Şuşaya həsr edilmiş birgə elmi və mədənitədbirlərin (konfrans, konsert, təqdimat, sərgi, film nümayişi,müsabiqə və s.) təşkili

2024-cü il

ərzində

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Şuşa Şəhəri DövlətQoruğu İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diasporlaİş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası

5.

İslam ölkələrinin mədəniyyət paytaxtlarının “Şuşa şəbəkəsi”ninyaradılması və ilk görüşünün keçirilməsi

2024-cü il

ərzində

Mədəniyyət Nazirliyi,

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

6.

Mədəni irsin qorunması, İslam mədəniyyəti, habelə Azərbaycanıntarixini və incəsənətini əks etdirən mövzularda beynəlxalq və yerliəhəmiyyətli simpoziumların, elmi-praktiki tədbirlərin vəkonfransların təşkili

2024-cü il

sentyabr

Azərbaycan Milli Elmlər Akademiyası, Xarici İşlər Nazirliyi, Elmvə Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Şuşa Şəhəri DövlətQoruğu İdarəsi

7.

İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalqkonfransın və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariyafestivalının təşkili

2024-cü il

ərzində

Dövlət Turizm Agentliyi,

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

8.

ICESCO-nun “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə)böyük finalının Azərbaycanda keçirilməsi

2024-cü il

may-iyun

Mədəniyyət Nazirliyi,

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

9.

Şuşada İslam ölkələrinin rəssamlarının və fotoqraflarının sərgivə düşərgəsinin təşkili

2024-cü il

ərzində

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrəDövlət Komitəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

10.

İslam ölkələrinin yaradıcı gəncləri arasında müxtəlifmüsabiqələrin, o cümlədən vizual sənət növləri üzrə internetmüsabiqəsinin keçirilməsi

2024-cü il

ərzində

Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdmanNazirliyi

11.

Şuşada İslam ölkələrindən olan gənclərin iştirakı ilə ICESCOsimulyasiya sessiyasının keçirilməsi, İslam ölkələrinin gəncləriüçün yay düşərgələrinin təşkili

2024-cü il

ərzində

Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Şuşa Şəhəri DövlətQoruğu İdarəsi

12.

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyətpaytaxtı” elan edilməsi ilə bağlı kütləvi idman tədbirlərininkeçirilməsi

2024-cü il

ərzində

Gənclər və İdman Nazirliyi,

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

13.

Şuşanın İslam mədəniyyətinə töhfə vermiş tarixi-dini irsi vəşəxsiyyətləri haqqında sənədli filmin hazırlanması (müxtəlifdillərdə)

2024-cü il

ərzində

Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusinümayəndəliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QapalıSəhmdar Cəmiyyəti

14.

İslam dünyasının aparıcı media nümayəndələrinin Şuşaya səfərinintəşkili

2024-cü il

ərzində

Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi,Medianın İnkişafı Agentliyi, Şuşa Şəhəri Dövlət

Qoruğu İdarəsi

15.

Şuşanın tarixi abidələrini və onun İslam dünyasındakı rolunuözündə əks etdirən təbliğat materiallarının (nəşrlər, albomlar,məqalələr, kitablar, broşürlər, televiziya verilişləri, filmlər vəs.) hazırlanması və beynəlxalq səviyyədə yayımlanması

2024-cü il

ərzində

Azərbaycan Milli Elmlər Akademiyası, Xarici İşlər Nazirliyi, Elmvə Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə DövlətKomitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

16.

“Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmibağlanışı

2024-cü il

dekabr

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi,

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusinümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

Seçilən
186
15
az.trend.az

3Mənbələr