Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Nazirlikdən Milli.Az-a verilən xəbərə görə, bu çərçivədə, Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən "Luxury Life" hotelinin ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun