AZ

Daşkəsəndə vətəndaşların növbəti qəbulu keçirilib – Fotolar

Daşkəsən rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlarına uyğun olaraq Daşkəsən rayon İcra Hakimiyyətində vətəndaşların qəbulları keçirilir, onların problem və müraciətləri dinlənilir.
Bu məqsədlə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə növbəti qəbul keçirildi.
Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyələr verildi. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə xidmət sahələrinin rəhbərləri ilə birgə müzakirələr aparıldı və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədmüvafiq hesab edildi.
image-1 image-2 image-3 image-4 image-5
Seçilən
163
3
moderator.az

10Mənbələr