AZ

"Abşeron Ticarət Mərkəzi" cərimələnə bilər

"Abşeron Ticarət Mərkəzi" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Abşeron Ticarət Mərkəzi" üç yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

phrase_var_article.chosen
291
7
e-huquq.az

10phrase_var_article.sources