Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayonu ərazisində mənzillərin birindən 12000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.
Müəllif: Hacı Zeynalov