Bakı. Trend:
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11milyard 637 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə qurumaistinadən xəbər verir.
Məlumata görə, bu, yanvarın 1-i ilə müqayisədə 0,2 % çoxdur.
AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 28,4 % artıb.
Bundan başqa, bu günə Azərbaycanda pul bazası 20 milyard 271,1milyon manat təşkil edib. Bu, yanvarın 1-i ilə müqayisədə 2,9 %azdır.
Bununla belə, ölkədə pul bazası son 1 ildə 20,1 % artıb.