Keniyanın paytaxtı Nayrobidə yanacaqdoldurma məntəqəsindəki güclü partlayış və ardınca baş verən yanğın nəticəsində azı iki nəfər ölüb.
Bu barədə yerli mətbuat xəbər verib.
Keniya Qırmızı Xaç Cəmiyyəti insident nəticəsində iki nəfərin öldüyünü, 298 nəfərin xəsarət aldığını bildirib.
Qeyd olunur ki, xəsarət alanların sayının çox olması yanacaqdoldurma məntəqəsinin ətrafında yaşayış evlərinin yerləşməsi ilə əlaqədardır.
Mənbə: Vesti.ru