AZ

Azərbaycanda gənclərin sayı AZALIB – SƏBƏBLƏR

Azərbaycanda hər il fevralın 2-i Gənclər günü kimi qeyd edilir.Olaylar.az xatırladır ki, bu gün 1997-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub."Gənclər siyasəti haqqında" Qanuna əsasən, Azərbaycanda gənclər 14-29 yaşlarında olan vətəndaşlar hesab edilir. 2022-ci ilin yekunlarına görə, ölkə əhalisinin 22,7 faizini, yəni 2,3 milyon nəfərini gənclər təşkil edir.Gənclərin 52,7 faizi şəhər yerlərində, 47,3 faizi kənd yerlərində yaşayır. Gənclərin 48,3 faizini qadınlar təşkil edir. 2022-ci ildə 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 91 min nəfər olub və bütövlükdə doğulan körpələrin 74,1 faizi gənc anaların payına düşüb.Ötən il ölkədə nikaha daxil olanların 71,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 17,5 faiz, gənc qadınların xüsusi çəkisi isə 37,9 faiz olub.Əvvəlki illərlə müqayisədə son illər gənclərin sayında və xüsusi çəkisində azalma müşahidə edilir. 2009-cu ildə ölkəmizdə 2,826 milyon gənc olub. Həmin tarixdə gənclər əhalinin 31,4 faizini təşkil edib.Müqayisə göstərir ki, son 12 ildə gənclərin sayı 520 min nəfərdən çox azalıb.Gənclərin sayının azalmasının səbəbi doğumun aşağı düşməsi ilə bağlıdır.  (Sfera.az)

Seçilən
336
50
olaylar.az

10Mənbələr