"Birləşmiş Ştatlar Yaxın Şərqdə və dünyanın hər-hansı yerində münaqişəyə can atmır..."
"Bu, İraqın dövlət suverenliyinin pozulmasıdır, təhlükə törədir və bütün region üçün ağır nəticələrə səbəb ola bilər..."
ABŞ Suriya və İraqa zərbələr endirib, bunun yalnız başlanğıc olduğunu bəyan edib
Ötən axşam ABŞ Hərbi-Hava Qüvvələri Suriya və İraq ərazilərində İİKK və İranyönümlü silahlı quldur bölmələrinə məxsus obyektləri nisbətən miqyaslı bombardmana məruz qoyub.
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ru" nəşri məlumat yayıb.
Baş verənlər İordaniyada üç amerikalı hərbçisinin həlak olması və 40-dan artıq hərbçinin yaralanması ilə nəticələnən dron hücumuna cavab olub.
Xəbər verildiyi kimi, ABŞ hökuməti bəyan edib ki, İordaniyadakı Amerika qoşunları "İraq İslam Müqaviməti" hərəkatı tərəfindən hücuma məruz qalıb. İran hakimiyyəti bu hücumda əli olduğunu inkar edir.
Amerikanın rəsmi şəxsləri ötən axşam baş verənləri şərh edib.
ABŞ prezidenti Co Bayden bəyan edib: "Bizim cavabımız bu gün başlayıb. Bu, özümüzün seçəcəyimiz zaman və yerlərdə davam edəcək, - o, deyib.
Birləşmiş Ştatlar Yaxın Şərqdə və ya dünyanın hər-hansısa yerində münaqişəyə can atmır. Lakin bizə zərər vurmaq istəyən hər kəs bilsin ki, əgər amerikalılara zərər vuracaqlarsa, biz cavab verəcəyik", - Bayden bəyan edib.
ABŞ müdafiə naziri Lloyd Ostin deyib: "Bu, cavabımızın başlanğıcıdır. Prezident gələcək fəaliyyətimiz varədə göstərişlər verib, söhbət ABŞ və koalisiya qoşunlarına hücumda əli olan İran İnqilabı Keşikçiləri Korpusu (İİKK) və onun əlaltılarının məsuliyyətə cəlb edilməsindən gedir".
Ostin bu gələcək fəaliyyətin "münasib zamanda və uyğun yerlərdə həyata keçiriləcəyini" vəd edib.
ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi mətbuat üçün brifinqdə hücumun detalları barədə danışıb.
Kirbi məlumat verib ki, zərbələr dördü Suriyada və üçü İraqda olmaqla yeddi hərbi sahəyə endirilib. Bu yeddi sahədə hədəflərimiz olan 95 obyekt bombardmana məruz qalıb.
Kirbi həmçinin deyib ki, "bu gecə cavab tədbiri başlanıb, amma bitməyib". O, məlumat verib ki, İraq hökuməti bombardman ərəfəsində məlumatlandırılıb və Vaşinqtonun "İraqla savaşmaq niyyətində olmadığını" qeyd edib.
İraq hərbi komandanlığı bunu rəsmən şərh edərək bəyan edib ki, Amerika Hərbi-Hava Qüvvələrinin hərəkətləri İraqın dövlət suverenliyinin pozulmasıdır və təhlükə törədir, bu da bütün region üçün ağır nəticələrə səbəb ola bilər.
Qeyd edək ki, Amerikanın Suriya və İraqda hərbi bazalarına hücumlar Fələstin-İsraiı münaqişəsinin eskalasiyası başlanandan sonra tez-tez baş verir.
Şiyə qruplaşmaları xəbərdarlıq edib ki, hərbi əməliyyatlarının sayını artıracaq, çünki ABŞ İsrail Müdafiə Ordusuna yardım etməkdə davam edir.