AZ

Dünya çempionatı: Azərbaycanın daha 2 qadın güləşçisi bu gün mübarizəyə qoşulacaq

Bu gün Azərbaycanın son iki qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 53 kq çəki dərəcəsində çıxış edən Elnurə Məmmədova 1/16 finalda rumıniyalı Andre Ana ilə üz-üzə gələcək.

62 kq-da Elis Manolova təsnifatda Venesuela təmsilçisi Natali Errera ilə görüşəcək.

Qeyd edək ki, qadın güləşçilərdən Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq) və Birgül Soltanova (65 kq) mundialı uğursuz başa vurublar.

Seçilən
114
1
report.az

2Mənbələr