"Qarabağ"ın futbolçusu Abdullah Zubir Azərbaycan millisində oynamaqla bağlı fikirlərə münasibət bildirib.
Qol.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib: "Mən azərbaycanlı yox, Fransa vətəndaşı olan mərakeşliyəm. Hazırda "Qarabağ"ın uğurlarına köklənmişəm".
O, "təklif olarsa, Azərbaycan millisində oynamaq istərdinizmi" sualına "Bilmirəm, baxarıq" cavabını verib.
Zubir sentyabrın 21-də Avropa Liqasının qrup mərhələsinin ilk turunda qarşılaşacaqları "Mölde" (Norveç) barədə də danışıb: "Avropa Liqasında asan oyun olmur. Qrupda rəqiblərimiz çətindir. Amma biz "Mölde"ni təhlil edəcəyik. Rəqibi öz meydanımızda qəbul ecəcəyimizdən bu oyunda yalnız qələbə üçün oynayacağıq".