Sabah ölkə ərazisində güclü külək əsəcək.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 8-dən 9-dək cənub-qərb küləyinin 15-18 m/s, gecə və axşam arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.