AZ

23 dərəcə isti - ŞƏNBƏ GÜNÜNÜN HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti, bəzi yerlərdə 16° isti olacaq.

İstirahət günlərində isti hava davam edəcək

Fevralın 10-11-də Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə hava şəraiti sabit, əsasən yağmursuz olacaq, mülayim cənub küləyi əsəcək.

Bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, havanın temperaturu günorta saatlarında paytaxtda 14-19, aran rayonlarında 18-23, dağlıq ərazilərdə 7-12 dərəcə isti olacaq.

“Yaxın iki gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir”, - deyə o qeyd edib.

Seçilən
679
49
fed.az

10Mənbələr