AZ

“Liverpul”u Sven-Yoran Eriksson çalışdıracaq

“Liverpul” İngiltərə yığmasının keçmiş baş məşqçisi Sven-Yoran Erikssonun “qırmızılar”ın sükanı arxasında dayanacağını açıqlayıb.

Arena.az məlumat verir ki, isveçli mütəxəssis klub əfsanələrinin qarşılaşacağı “Liverpul” – “Ayaks” oyununda Mersisayd komandasını çalışdıracaq.

“Liverpul” və “Ayaks” əfsanələri arasında qarşılaşma cari ilin martında “Enfild”də baş tutacaq. Xatırladaq ki, yanvar ayında “Liverpul” azarkeşləri daha əvvəl “Liverpul”u daim dəstəklədiyini və həmişə bu komandanın məşqçisi olmaq istədiyini bildirmiş Sven-Yoran Erikssonun bu oyuna məşqçi təyin edilməsi üçün tədbirə başlamışdılar.

Bir müddət əvvəl Erikssonun xərçəng xəstəliyinə tutulduğu haqda məlumat yayılmışdı. Daha əvvəl, isveçli mütəxəssis “Liverpul”un pərəstişkarı olduğunu etiraf etmiş və həmişə “qırmızılar”ı çalışdırmaq istədiyində olduğunu bildirmiş, fəqət bunun mümkünsüzlüyünü mütəəssircəsinə ifadə etmişdi.

1977-ci ildən 2019-cu ilə qədər məşqçiliklə məşğul olmuş Sven-Yoran Eriksson 2001-2006-cı illər aralığında İngiltərə yığmasını çalışdırıb. Eriksson “Benfika”, “Roma”, “Sampdoria” və “Latsio”da da baş məşqçi olub. İsveçli mütəxəssis “Benfika”ya 3 dəfə Portuqaliya çempionluğunu, “Roma”ya isə İtaliya Kubokunu qazandırıb.

2022-2023-cü illərdə Eriksson İsveçin “Karlstad” klubunun idman direktoru vəzifəsində çalışıb.

Seçilən
326
1
arena.az

10Mənbələr