Gərginliyə görə uçuşlar dayandırıldı.
"Unikal" xəbər verir ki, Türk Hava Yolları İsrail və Fələstin arasındakı gərginliyə görə Tel-Əvivə uçuşları dayandırıb.
“Tel-Əvivə uçuşlarımız İsraildəki mövcud vəziyyətə görə növbəti xəbərdarlığa qədər dayandırılıb”, – şirkətin “X” (keçmiş “Twitter”) sosial media hesabında bildirilib.
Şirkət həmçinin oktyabrın 7-dən oktyabrın 23-dək həyata keçirilməli olan Tel-Əviv reyslərinə biletlərin dəyişdirilməsi və ya qaytarılması qaydalarını da öz saytında dərc edib.