AZ

“Azərbaycan Milli Ensiklopediyası”nda təkrar sözlərin sayı 500-ə endirilib, 40 yeni söz əlavə olunub

“Azərbaycan Milli Ensiklopediyası”nda təkrar sözlərin sayı 500-ə endirilib, 40 yeni söz əlavə olunub.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə ensiklopediyanın sözlüyünün hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.

AMEA rəhbəri diqqətə çatdırıb ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən 12 bölmə üzrə 862 sözdən ibarət ensiklopediyanın sözlüyü qısa müddətdə hazırlanaraq Rəyasət Heyətinə təqdim edilib və sözlüyün müzakirəsini təmin etmək və son variantını hazırlamaq məqsədi ilə komissiya yaradılıb.

İ.Həbibbəyli vurğulayıb ki, təkrarlar aradan qaldırılaraq sözlükdə sözlərin sayı 500-ə endirilib və əlavə yeni 40 söz artırılıb.

Seçilən
446
1
banker.az

5Mənbələr