Ruslar Ukrayna hərbçilərini Rabotinodan çıxarmaq üçün Avdeyevka yaxınlığında və Zaporojye vilayətinin qərbində hücumlarını gücləndiriblər.Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb."Rus qoşunları Avdeyevkanın şimal-qərbində Oçeretino, Tonenkoye, Berdiçev və Avdeyevkanın cənub-qərbində Vodyanoye-Opıtnoye xəttində hücum əməliyyatlarını gücləndirib. Onlar həmçinin Orexovun cənub-qərbinə, Pyatixatki-Jerebyanki xəttinə hücum ediblər. Rus hərbi blogerlərinin iddialarına əsasən, Rusiya ordusu bölgədə iki kilometr irəliləyib.Ukrayna Baş Qərargahı isə üç rus batalyonun hücum etdiklərini təsdiqləyib. Eyni zamanda, qeyd olunub ki, Rusiyanın Avdeyevka-Donetsk xətti boyunca hücumları ukraynalıların Zaporojye bölgəsinə qoşun yeritməsinin qarşısını almaq məqsədi daşıyır", - məlumatda deyilib.
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less