Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi davam etsə, Volodimir Zelenski ikinci dəfə prezidentliyə namizədliyini verəcək.
Bunu Ukraynanın hazırkı Prezidenti “Digi24” kanalına müsahibəsində bildirib.
Zelenski deyib ki, onun ikinci dəfə namizədliyini verib-verməməsi müharibənin gedişindən asılıdır.
O, seçkiyə qədər müharibə bitsə, namizəd olmayacağını söyləyib: “Müharibə bitsə, yox. Ancaq mən müharibə vaxtı qaça bilmərəm. 2024-cü ildə müharibə davam etsə və seçki keçirilsə, ömrümdə ölkəni tərk etməyəcəm”.