AZ

Rusiya Zəngəzurda konsulluq açmaq planını davam etdirir – Səfir

Rusiyanın Ermənistandakı səfiri Sergey Koprıkinin başçılıq etdiyi nümayəndə heyəti Zəngəzur bölgəsinə (Ermənistan Sünik rayonu adlandırır- red.) səfər edib. Rusiya nümayəndə heyətinin səfəri Qarabağı tərk etmiş erməni sakinlərin ehtiyaclarını qiymətləndirmək və yerli hakimiyyət orqanları ilə bir sıra məsələləri müzakirə etmək məqsədi daşıyır.

Sergey Kopırkin “Sputnik Ermənistan”a müsahibəsində səfərin nəticələrindən danışıb və prioritet vəzifələrlə bağlı sualları cavablandırıb.

O bildirib ki, yerli hakimiyyət orqanları ilə müzakirə olunan mühüm məsələlərdən biri Qafan şəhərində Rusiyanın Baş Konsulluğunun açılması ilə bağlı olub.

O xatırladıb ki, Rusiya rəsmiləri ilk dəfə 2023-cü ilin may ayında Zəngəzurda konsulluğun açılmasının mümkünlüyü barədə məlumat veriblər. Mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşü zamanı Ermənistan tərəfi bu təşəbbüsü bəyənib.

“Bu, yeni və çox vacib məqamdır. Bizim burada çalışan, bu açılışa hazırlaşan diplomatlar qrupu var”, – səfir qeyd edib.

Seçilən
136
8
ulusal.az

8Mənbələr