AZ

“Vətəndaş niyə tanımadığı mediatora müraciət etsin ki?”

"Hər bir mediasiya təşkilatı özünü və mediatorunu tanıtmağı bacarmalıdır". 

Bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib. 

O qeyd edib ki, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda mediasiya təşkilatlarının və mediatorların öz marketinqini aparması qanunla müəyyən edilib və bu müəyyənlik hər bir mediasiya təşkilatının unikal öhdəliyidir. Bildiyiniz kimi, bizim peşəmiz cəmiyyət üçün yeni bir peşədir. Və bu peşə fəaliyyətinin həyata keçirilməsi zamanı mediatorların və mediasiya təşkilatlarının nüfuzu, onların ictimaiyyət tərəfindən qəbul edilənliyi çox mühümdür. Əlbəttə ki, vətəndaşlar qanunla istədikləri mediasiya təşkilatlarını və yaxud mediatoru seçə bilirlər. Belə olan halda bir sual meydana çıxır, əgər mediasiya təşkilatı və mediator tanınmırsa, onu kim seçəcək? Bax, əsl mahiyyət də bundadır. Qanun bizə mediasiya məxfiliyini qorumaqda məsuliyyətimiz olduğunu qeyd edir. Və belə olan halda mediator mediasiya proseslərinin məxfiliyini qorumaq şərti ilə özünün cəmiyyətə tanıtmağı bacarmalıdır. Göstərdiyi xidmətlərlə, gördüyü ictimai faydalı işlərlə, öz üzərində işləməklə.Mediasiya Şurasının sədri olaraq düşünürəm ki, vətəndaş axı niyə tanımadığı mediasiya təşkilatına və ya mediatora müraciət etsin ki? Əlbəttə ki, əgər vətəndaş tanımadığı təşkilata və mediatora müraciət etmirsə, bunun günahı yalnız mediatordadır. Vətəndaşlara tövsiyə edərdim ki, mediasiya təşkilatı və mediator seçərkən sosial şəbəkələrdə, internetdə axtarışlar aparsınlar və baxsınlar ki, hansı təşkilatın tanıtımı, xidmətləri barədə şəffaf məlumatları nə dərəcədədir. Biz mediasiya təşkilatları və mediatorlarımıza özlərinin tanıtımı ilə məşğul olmalarını, Qanundan irəli gələn marketinq fəaliyyətini icra etmələrini tövsiyə etmişik. Hətta mən özüm bir neçə dəfə mediasiya təşkilatları üçün marketinqlə bağlı təlim xarakterli görüş də keçirmişəm. Bizim mövqeyimiz ondan ibarətdir ki, mediasiya təşkilatları və mediatorlar arasında sağlam rəqabət onların göstərdikləri keyfiyyətli mediasiya xidmətlərinin marketinq yolu ilə tanıtımından asılı olmalıdır. 

 


Telegram kanalımız
Seçilən
275
50
yenisabah.az

10Mənbələr