“Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev istefa verib. Manset.az xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada işləyib.2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub.“Qəbələ” Baxşıyevin rəhbərliyi altında 2022/2023 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.