AZ

Roma Papası İsrailin HƏMAS-la müharibəsi ilə bağlı bəyanatla çıxış edib

 
"Hücuma məruz qalanın müdafiə olunmaq hüququ var, lakin Qəzzanın tamamilə mühasirəyə alınması böyük narahatlıq doğurur..."
 
"Terrorçuluq və ekstremizm münaqişənin həllinə kömək etmir, yalnız nifrəri, zorakılığı və qisası qızışdırır..."
 
Roma Papası HƏMAS-ın İsrailin yaşayış məntəqələrinə güclü hücumları zamanı ələ keçirilmiş girovların dərhal azad edilməsinə çağırış edib və Qəzza bölgəsinin mühasirəyə alınması ilə bağlı həyəcanını ifadə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Katolik Kilsəsi başçısının sözlərinə istinadən "Vatican" nəşri məlumat verib. Məlumatı "tass.ru" nəşri yayıb.
 
Pantifik vurğulayıb ki, hücuma məruz qalanın müdafiə olunmaq hüququ var, lakin bununla birlikdə bəyan edib ki, "fələstinlilərin yaşadığı və həmçinin çoxsaylı günahsız qurbanların olduğu Qəzzanın tamamilə mühasirəyə alınmasından çox narahatdır".
 
"Terrorçuluq və ekstremizm israillilərlə fələstinlilər arasında münaqişənin həllinə kömək etmir, yalnız nifrəti, zorakılığı, qisası qızışdırır və hər iki tərəfin əzab çəkməsinə gətirib çıxarır.
 
Yaxın Şərqə müharibə deyil, sülh, həm də ədalətli, dialoq və qardaşlıq əsasında bərqərar edilən sülh gərəkdir", - Roma Papası bəyan edib.
 
Xatırladaq ki, BMT-nin insan haqları üzrə ali komissarı Folker Türk İsrail hakimiyyətinin Qəzzanı elektrik, su, ərzaq və yanacaq tədarükünü kəsməklə "tam mühasirəyə almaq" qərarını pisləyib.
 
Bu, insan haqları ilə bağlı  "onsuz da ağır olan vəziyyəti" və Qəzza bölgəsində humanitar vəziyyəti ciddi şəkildə pisləşdirəcək, həmçinin xüsusilə yaralıların artdığı fonda tibb müəssisələrinin işini çətinləşdirək, BMT məmurunun bəyanatında deyilir.
 
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib ki, hazırda Birləşmiş Ştatlar İsrail və Misirlə Qəzza bölgəsi sakinləri üçün humanitar dəhlizin yaradılması məsələsini müzakirə edir.
Seçilən
435
10
moderator.az

4Mənbələr