Rusiya Xarici İşlər Nazirliyi (XİN) Sergey Lavrov və Ceyhun Bayramov arasında bu gün Antalyada keçirilmiş görüşə dair məlumat yayıb.
“İki sahil” Rusiya XİN-ə istinadən xəbər verir ki, xarici işlər nazirləri Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə 22 fevral 2022-ci il tarixli Bəyannamənin müddəalarına uyğun
olaraq ikitərəfli münasibətlərin vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər üzrə üçtərəfli razılaşmalarının həyata keçirilməsinin zəruriliyi təsdiqlənib.
Qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.