Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan III Antalya Diplomatik Forumu çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanı qəbul edib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.
"Görüş zamanı Türkiyə və Macarıstan münasibətləri, İsrailin Fələstin xalqına hücumları, Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyəti, Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər və NATO-nun genişlənməsi prosesi müzakirə edilib", - agentlik qeyd edib
Ərdoğanın sözlərinə görə, "Türkiyə ilə Macarıstan arasında əlaqələr bir çox sahələrdə - enerjidən nəqliyyata, iqtisadiyyatdan müdafiə sənayesinədək möhkəmlənməyə davam edəcək".
Türkiyə lideri həmçinin bütün ölkələrin "İsrailin Qəzza zolağında soyqırım cəhdinin qarşısının alınması" öhdəliyi götürməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, Türkiyə bütün münaqişələr kontekstində sülhün tərəfdarıdır və nizamlanmasına kömək etmək üçün qətiyyətli addımlar atmağa davam edəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun