Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bu gün Azərbaycana səfərə gəlib.
Yenicag.az xəbər verir ki, Ersin Tatar və onun rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
E.Tatarın Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir. O, eyni zamanda, Bakıda təşkil olunacaq Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək.
Xatırladaq ki, oktyabrın 13-14-də Bakıda Şimali Kiprin Mədəniyyət Günləri keçiriləcək./report