AZ

Ən qədim çarə - türkəçarə

Alternativ tibb həkimlərin qətiyyətlə inkar etdiyi istiqamətdir. Lakin indi bəzi həkimlər tərəfindən qəbul edilən bu müalicə yolu effekltiv olması ilə də məşhurlaşıb. İndi ölkəmizdə təbii yollarla müalicə edən tibb mərkəzləri və həkimlər də var. Daha çox qadın xəstəliklərini, yel (revmatizm) xəstəliyini, dermotoloji problemləri və haymoriti müalicə edən belə mərkəzlərın sayı günü-gündən artır. Amma alternativ tibb dedikdə təkcə türkəçarə ilə müalicə nəzərdə tutulmur. Türkəçarə bitkilərin köməyi ilə müalicə deməkdir. Heç bir kimyəvi qatqı olmadan, laborotoriya yardımına ehtiyac olmadan hazırlanan dərmanlarla müalicəyə türkəçarə deyilir. Müxtəlif cür bitkilər, çiçəklər, ağaq qabıqları, ot kökləri, bəzən böcəklər və s. təbii vasitələrlə hazırlanan belə məlhəmlər min bir dərdin dərmanıdır. “Ögey ana” filmindəki Fatmanisə qarını yəqin ki, xatırlayırsınız. Həkimin dərman verdiyi xəstəyə “o dərmanın yerinə eşşək südünə sarımsağı əzib yaxşıca qarışdır, gündə 3 dəfə iç, heç bir şeyin qalmayacaq” deyir. Düzdür, film sovet dövründə çəkildiyi üçün elmi cəhətdən təsdiqlənməmiş türkəçarə müalicə metodlarını tibbə mane olan sahə kimi qələmə veriblər. Amma tibbin hələ mövcud olmadığı zamanlarda, kimyəvi preparatların kəşf edilmədiyi dövlərdə nənə-babalarımız türkəçarədən yararlanıblar. Elə həmin filmdə qızdırmalı xəstə üçün itburnu çiçəyi məsləhət görülür. Bizə də bu cür öyrədib böyüklərimiz, evdə qızdırmalı xəstə olanda bu üsuldan istifadə edir, itburnu çiçəyi dəmləməsi hazırlayrıq. Fatmanisə nənə demiş, bu çiçək həqiqətən də qızdırmanı “bıçaq kimi kəsir”. Bu əsrlərin sınağından keçmiş müalicə üsuludur, ən əsası güvənilən müalicədir. Qanımız da xəstələnə bilir Tibet təbabətinin 5 min ildən artıq yaşı var. Şəkərli diabet, mədə-bağırsaq, sonsuzluq, böyrək, qaraciyər, ürək, qan-damar sistemi, bronxit astma, mütəmadi baş ağrıları, göz xəstəliklərini, uşaq xəstəliklərini, dəri xəstəliklərini, dişləri, revmatizm, qadın ankoloji zəifliyi, qan təzyiqi kimi xəstəlikləri tam təbii üsullarla kökündən həll edir. Müasir tibbin etdiyi kimi ağrıları müvəqqəti azaltmır, xəstəliyi tam müəlicə edir. Bu təbabətin əsas məqsədi uzunömürlülükdür. Doğru yuxu və düzgün qidalanma təbabətin əsasını təşkil edir. Tibet təbabəti arxeoloji qazıntı kimi bir şeydir, nə qədər dərinliyə varsan bir o qədər çox sərvət əldə edirsən. Bu təbabətin özülü qan hesab edilir. Tibetlilər qanı bədənin hər nöqtəsinə nüfuz etməyə qadir olan orqan adlandırırlar. Tibetli loğmanların qoyduqları diaqnozu eşidəndə insan bir qədər təəccüblənir: “Qanınız xəstələnib”. Bütün xəstəliklərin başlanğıcı kimi qan səbəbkar bilinir və müalicəyə də buradan başlanır. Tibet loğmanları müasir tibbdə olduğu kimi müayinə etmirlər. Onların “USM”i, “rentgen”i barmaqlarıdır. Sadəcə, barmaqlarını xəstənin nəbzinə qoyurlar və onun xəstəliyini deyirlər. Tibet loğmanları xəstələrinə heç vaxt müxtəlif bitkilərdən və həşəratlardan hazırladıqları məlhəmin tərkibini açıqlamırlar. Bu, onların “peşə sirridir”. Amma sirr olmayan bir şey var ki, onların məlhəmi tamamilə təbii bitkilərdən hazırlanır. Hipnozla ağrıdan qurtulanlar Hipnozu 3 üsulla təbiq edirlər. Hipnoz edilən adam heykəl kimi dona bilər, yuxuda gəzə bilər və təqlid edə bilər. Maraqlıdır ki, hipnozla müalicə üsulları da tətbiq edilir. Amma bir qədər fərqli və tez-tez görməyə adət etmədiyimiz sahələrdə. Hazırda tibb elmi bu müalicə üsulunu qətiyyətlə inkar edir, lakin spiritüalizmdə və parapsixologiyada hipnozdan istifadə edilir. Bununla yanaşı psixoterapiyada, kriminologiyada, beynəlxalq kəşfiyyatda da hipnozdan tez-tez istifadə edilir. Bir qədər təəccüb doğuracaq bir fakt da var ki, bu da hipnozdan istifadə edənlərin daha çox doğuşa hazırlaşan qadınların olmasıdır. Təbii yolla dünyaya uşaq gətirən anaların sayı son illərdə daha da artıb. Təbii doğuşun ana, həmçinin dünyaya gətirəcəyi övladı üçün olduqca əhəmiyyəti olduğu inkaredilməzdir, amma qadınların bir çoxu doğuşöncəsi sancı kabusu yaşayır. Çox qadın bu sancıdan uzaq olmaq səbəbilə keysəriyyə etdirir. Lakin hipnoz buna da çarə tapıb. İndi doğuşöncəsi sancı çəkən qadın hipnozla sancılarından azad olur və tam təhlükəsiz formada təbii doğuş edir. Eyni üsul diş çəkdirməkdən qorxan xəstələrə də tətbiq edilir. Amerikada hər 4 stomatoloqdan biri bu üsuldan istifadə edir. Yuxu problemi olan insanlar da hipnoz vasitəsi ilə yuxularını qaydaya salırlar.Amma hipnozdan son vaxtlar başqa bir sahə üçün də istifadə edirlər. Xarici dil öyrənməkdə problem yaşayan bəzi insanlar hipnozun təsiri ilə istədiyinə nail olur. Hipnoz vasitəsi ilə insanlar qurtulmaq istədiyi adətlərindən də uzaqlaşa bilirlər. Bioenerji ilə müalicə insan möcüzəsidir Ara-sıra mətbuatda oxuyuruq, əli şəfalı insanlar barədə yazılır. Düzdür, bir çoxumuz birmənalı olaraq buna inanmırıq və insanın hansısa üstün qüvvəyə malik olması bizə şübhəli görünür. Amma bioenerji ilə bağlı elmi ədəbiyyatları, bu barədə sənədli filmləri izlədikdən sonra beynimizdə sual işarəsi yaranır, “bəlkə mümkündür” deyə düşünürük. Daha çox yoqa və Çin fəlsəfəsində rast gəlinən bu müalicə növü son illər daha çox diqqət mərkəzindədir. Alternativ tibb deyir ki, bioenerji ilə müalicə mümkündür, bu təbiətin insana bəxş etdiyi möcüzəsidir. Əllərində enerji olduğu iddia edilən insanlar barmaqları ilə ağrı bölgəsinə təmas edir və ağrının səbəblərini beləcə öyrənir. Bizim xalqımızın tarioxində həmişə sınıqçılar olub, əlləri ilə bədənə, sümüyü sınan bölgəyə toxunaraq hansı sümüyün sındığını, yaxud çatladığını hiss edə biliblər. Bunun yüzlərlə nümunəsi var. Onlar toxunmaqla yaralının dərdini başa düşüb, masaj və yumurta sarısı tətbiq etməklə sınığı sağaldırblar. Lakin alternativ tibb deyir ki, bütün xəstəlikləri bionerji ilə müalicə etmək olmur. Bionergetika sinir xəstəliklərini tam müalicə edə bilir, amma anadangəlmə qüsurlara və bəzi daxili xəstəliklərə qarşı effektiv olduğunu demək olmaz. Maraqlı bir fakt da var, insanın xəstələnməsinin səbəbkarı elə insanın özüdür. Məsələn, hədsiz sevinc ürəyi, ifrat dərəcədə qəzəb qaraciyəri xəstə edir. Mənfi düşüncə dalağı, bərk qorхu isə böyrəkləri sıradan çıxarır. Həssas insanlar tez xəstələnirlər, soyuqqanlı insanlar isə gec-gec. Ona görə həmişə deyirlər ki, insan özü özünün həkimi olmalıdır. Yoqa nələrə qadirdir? Yoqlar deyirlər ki, yoqanın amalı həm fiziki, həm də mənəvi sağlamlıq əldə etməkdir. Daha sakit bir ruh, daha sakit bir bədən yoqa ilə yaranır. Yoqa ruhun Tanrı ilə qovuşması kimi xarakterizə edilir. Hindistanda, Yaponiyada, Tibetdə yaranan yoqa indi Amerikada və Almaniyada iri institut və elm mərkəzlərində öyrənilir. Yoqa sözü sanskrit sözdür, “yuj” sözündən yaranıb, anlamı “bütövləşmə”, “cəmləşmə” “birgə qovuşma” deməkdir. Yoqa elmi min illərin sınağından keçərək öz saflığını və gücünü hələ də qoruyur. Təməli Hindistanda qoyulub, düzdür bütün dünyaya yayılıb, amma olduğu kimi tədris edilmir. Yoqa olduğu kimi yalnız Hindistandadır. Yoqa elminin anlamı insanın öz təfəkkürünə və ruhuna nəzarət etməsidir. Yoqanın 30-a yaxın növü var ki, hər biri ayrılıqda daha çox işə yarayır. Gözlər, nəfəs, gizli qüvvələr, müalicə, sevgi anladan yoqalar olduğunu deyən müsahibimiz bildirir ki, insan fikrini cəmlədikdən və adaptasiya olduqdan sonra yoqa ona olduqca böyük kömək edə bilər. Səs vibrasiyası ilə insan öz sağlamlığına müsbət dəyişikliklər qata bilər. Ən sadə yoqa təlimi: siz küçədəsiniz və soyuqdur. Bədənin özü-özünü isitməsi barədə bir yoqa təlimi ilə soyuqdan qoruna bilərsiniz. Sadəcə, əlinizlə burnunuzun sağ dəliyini qapayın və bir az gözləyin. Bədəninizin isindiyini hiss edəcəksiniz və sizə daha soyuq olmayacaq. Bunun əksini də edə bilərsiniz. Sol burun dəliyinizi qapayaraq sağ burun dəliyi ilə nəfəs alanda isə istidən qoruna və bədəninizi sərinlədə bilərsiniz. Lalə Mehralı

Seçilən
459
sesqazeti.az

1Mənbələr